Qarabağ Azərbaycanın xal ehtiyatını zənginləşdirdi
28 noyabr 2014 13:25
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"i ilə səfər oyunundakı heç-heçə Azərbaycanın UEFA reytinqində 29-cu pillədəki mövqeyini möhkəmləndirib. Azerisport.az xəbər verir ki, ölkəmizin hesabında artıq 12,250 reytinq xalı var.
Onun 3,375 xalı cari mövsümdə qazanılıb.
"Qarabağ" klub reytinqində 10,450 xalla 157-ci yerdə gedir.