Qarabağın Avroliqanın pley-offuna çıxması üçün üç variant
Dekabrın 11-də Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində sonuncu - həlledici oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, komandamız hazırda F qrupunda 5 xala malikdi.
Son turda təmsilçimiz İtaliya "İnter"ini qəbul edəcək. Hansı ki, sözügedən komanda geridə qalan oyunlarda 12 xal toplayaraq artıq qrupdan çıxmağı özü üçün təmin edib.
Komandamız son turda Milan klubuna məğlub olsa, dəqiq növbəti mərhələyə adlaya bilməyəcək. Belə olan halda F qrupunun ikinci "Dnepr" (4 xal) - "Sent-Etyen" (5 xal) cütünün qalibi olacaq. Həmin oyunda heç-heçə qeydə alınacağı halda isə, fransızlar pley-offa vəsiqə qazanacaq.
"Qarabağ" "İnter"lə sülh bağlasa, o zaman digər oyunda da heç-heçə qeydə alınmasını arzulayacaq. O zaman bütün komandalar öz yerində qalacaq ki, şəxsi oyunlardakı göstəricilərinə görə, ağdamlılar "Sent-Etyen"i qabaqlayacaq. "Qarabağ" sülh bağlasa, fransızlar qələbə qazansa, "Sent-Etyen" mərhələ adlayacaq, kiyevlilər qələbə qazanağı halda isə "Qarabağ".
"Qarabağ" "İnter"ə qalib gələcəyi təqdirdə isə, digər oyunun nəticəsindən asılı olmayaraq, pley-offa məhz Azərbaycan çempionu vəsiqə qazanacaq.