Pele Azərbaycana gələcək
28 noyabr 2014 12:05
Dünya futbolunun canlı əfsanəsi Pele Azərbaycana gələcək. Azerisport.az xəbər verir ki, bu barədə xarici ölkələrin mətbuatı məlumat yayıb.
Braziliyalı əfsanənin Bakıya səfəri 2015-ci ilə nəzərdə tutulub. Onun Azərbaycanla yanaşı, Avstraliya, Çin və Nigeriyaya da səfər etməsi gözlənilir.
Qeyd edək ki, son dövrlər Pelenin səhhətində problemlər yarandığı bildirilirdi. Amma son məlumatlara görə artıq o, yaxşıdı. (İnterfaks Azərbaycan)