Millimiz Zaqreb Dinamosu ilə heç-heçə etdi
28 noyabr 2014 10:55
Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız “Dinamo” (Zaqreb) klubunun U-16 komandası ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Pilağa Mehdiyev fərqlənib. (AFFA)