Aslan Kərimov: Proqnozum doğruldu
28 noyabr 2014 03:40
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov "Qarabağ"ın Fransa "Sent-Etyen"i ilə oyunundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçəni belə şərh edib:
"Proqnozum doğruldu. Baxmayaraq ki, çətin oldu. İlk qolu vurmağımız mühüm rol oynadı. Fransızlar bütün oyunu pressinq etdilər. "Qarabağ"a çətin idi. Çünki heyətində xeyli itkilər vardı. Heç-heçənin yaxşı nəticə olduğunu düşünürəm. Ola bilər ki, indi kimlərsə Milan "İnter"inin Bakıda əsas heyətlə oynamayacağını düşünsün. Amma bunun heç bir əhəmiyyəti yoxdu. Bu rəqibə qarşı Bakıdakı oyun istənilən halda çətin olacaq".