Rəşad Sadıqov: Ən vacib oyunlarımızdan birində xal qazanmağımıza şadam
28 noyabr 2014 03:30
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Ağır oyun oldu. Bu qarşılaşma Bakıdakı oyundan fərqlənirdi. Xal qazandığımız üçün çox şadam. Bu, şübhəsiz ki, ən vacib oyunlarımızdan biri idi. Əsas odu ki, buradan əliboş qayıtmırıq".