Riçard Almeyda: Hədəfimiz uduzmamaq idi
28 noyabr 2014 03:00
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Çətin oyun oldu. Bizim hədəfimiz uduzmamaq idi. Şadam ki, buna nail olduq. Səfərdə bir xal qazanmaq yaxşı nəticədi".