Vüqar Nadirov: Qol zamanı əllə oynamadım
28 noyabr 2014 02:50
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Vüqar Nadirov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Bu, bizim üçün çox vacib heç-heçə, xaldı. Əlbəttə, şadam ki, belə bir nəticənin əldə olunmasında qol vurmaqla pay sahibi oldum. Həmin epizodda mən topu əllə qəbul etməmişdim".