Martel: Hafiz Məmmədovu tənqid edə bilmərəm, o, Lansın xilaskarıdı
27 noyabr 2014 00:25
Fransanın "Lans" klubunun prezidenti Jerve Martel bəyan edib ki, onun azərbaycanlı biznesmen Hafiz Məmmədovla münasibətləri dəyişməyib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mən bilirəm ki, Hafizin problemləri var. Bu, klubumuza da təsirsiz ötüşmür. Mən dörd ildi bu komandaya azarkeşlik edirəm. Mümkündü ki, mən axmaqlıq etdim. Amma gəlin unutmayaq ki, Məmmədov müəyyən mərhələdə "Lans"ı xilas edən adamdı. İndi isə özü problemlə üzləşib. Mən onu heç vaxt tənqid edə bilmərəm".