Qara Qarayev: Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik
26 noyabr 2014 22:15
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının 5-ci turu çərçivəsində qarşılaşacaqları Fransa "Sent-Etyen"i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir i, o, bu gün təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Qarşımızda böyük məsuliyyət tələb edən oyun var. Son iki oyunumuz qalıb. Bu görüşlərdə yaxşı oynamaq istəyirik. Evə yaxşı nəticə ilə qayıtmaq arzusundayıq. Fransızlarla oyunumuz heç də asan olmayacaq. Yaxşı nəticə qazanmağa çalışacağıq. Öz işimizi görməliyik. Azərbaycan futbolunun imici xatirinə oynayacağıq. Belə bir stadionda oynamaq futbolçu kimi mənim üçün çox xoşdu. Sabahkı oyunda görəcəyimiz atmosferin Tofiq Bəhramovdakı kimi olacağını düşünürəm".