Loik Perren: Qarabağla oyuna yaxşı başlamalıyıq
26 noyabr 2014 20:20
Fransanın "Sent-Etyen" klubunun futbolçusu Loik Perren Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Ümid edirəm ki, nəhayət bu oyunda qələbə qazanacağıq və qrupda ilk dəfə 3 xala sevinəcəyik. Azarkeşlərin də bu yolda bizə kömək edəcəyinə əminəm. Stadionda atmosfer baxımından hər şeyin qaydasında olacağını gözləyirəm. Yaxşı nəticə qazanmaq üçün oyuna ilk dəqiqələrdən yaxşı start verməliyik. Düzdü, qarşıda bizi vacib çempionat oyunu da gözləyir. Amma hələlik, bütün diqqətlərimiz "Qarabağ"la görüşə yönəlib".