Kristof Qaltye: Qarabağla oyundakı üstünlüyümüz doğma meydanda oynamağımızdı
26 noyabr 2014 19:50
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" bu oyuna əla əhval-ruhiyyə ilə gəlib. Çünki milli çempionatda liderdi, uğurlu çıxışını davam etdirir. Həm biz, həm də onlar məğlubiyyət haqda düşünmürük. Çünki hər iki komanda qrupdan çıxmağa çalışır və ikisi də qələbəyə oynayacaq. Bizim bu oyunda müəyyən üstünlüyümüz var. O da doğma meydanda oynamağımızdı".