Qarabağı Sent-Etyendə 200-ə yaxın azarkeş dəstəkləyəcək
26 noyabr 2014 13:10
Fransanın "Sent-Etyen" klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 30 000 bilet satılıb.
Azərbaycan tərəfinə isə meydan sahibləri 1000 bilet ayırıb. Komandamızı sabahkı oyunda 200-ə yaxın azarkeşin dəstəkləməsi gözlənilir.