Robert Prosineçki U-15 Liqanın oyunlarını izləyib
26 noyabr 2014 11:45
Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki dünən U-15 Liqası çərçivəsində keçirilən “İnter” – “Qarabağ” və “Fortuna” – “Xəzər Lənkəran” oyunlarını izləyib. Azerisport.az xəbər verir ki, o, eyni zamanda “İnter Arena” və Bayıl stadionlarının infrastrukturu ilə də tanış olub. (AFFA)