İlqar Qurbanov: Fransaya gəzintiyə gəlməmişik
"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanovun azerisport.az saytına müsahibəsi
- "Sent-Etyen"lə səfər oyunundan nə gözləyirsiz?
- Şansımız var. Fransaya gəzintiyə gəlməmişik. Allah eləsin ki, yaxşı oyun göstərib, maksimum nəticə qazanaq.
- Reynaldosuz nə dərəcədə çətin olacaq?
- O, "Qarabağ"ın ən vacib oyunçularından biridi. İndi həm o olmayacaq, həm Çumbinyo. Dias da bizə kömək edə bilmir. Hamısı əsas heyət oyunçularıdı. Çalışacağıq ki, onların yoxluğu hiss olunmasın.
- Heç-heçə sizin üçün yaxşı nəticə olacaq?
- Məğlubiyyətdən başqa istənilən nəticə bizim üçün yaxşı sayıla bilər.
- Fransadakı oyunda itiriləsi bir şeyiniz olmayacaq. Bu, müsbət haldı?
- Düşünmürəm ki, bu, oyunçulara hansısa dərəcədə təsir etsin.
- AZAL-la oyunda qol vurduz. Son dövrlər sizdən belə oyun görmürdük...
- Mənim üçün qol o qədər də vacib deyil. Daha vacib olan komandamın qələbə qazanmasıdı. Əlbəttə, qol vuranda motivasiya da yüksək olur. Amma bir daha qeyd edirəm ki, mənim üçün komandamın yaxşı oynaması, nəticə qazanması daha önəmlidi.