Sent-Etyendə Qarabağla oyun öncəsi iki itki
26 noyabr 2014 11:10
Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq Fransa "Sent-Etyen"i komandamızla oyuna itkilərlə çıxacaq. Azerisport.az xəbər verir ki, bunlardan biri komandanın türkiyəli hücumçusu Mevlut Erdinçdi ki, onun uzun müddətə sıradan çıxdığını öncədən də xəbər vermişdik.
Fransızların heyətindəki digər itki isə yarımmüdafiəçi Allen Sen-Maksimindi.
Əvəzində Reno Koad və Maks-Alen Qradel sıraya dönüb.