Rail Məlikov bağışlandı
26 noyabr 2014 00:40
Azərbaycanlı müdafiəçi Rail Məlikov Türkiyənin "Dənizlispor" klubunun əsas heyətinə qaytarılıb. Azerisport.az xəbər verir ki, o, artıq əsas komanda ilə məşqlərə başlayıb.
Qeyd edək ki, futbolçumuz son məşqlərin birinə gecikdiyinə görə, əvəzedici heyətə göndərilmişdi.