Azərbaycanlı hakim ÇL-in oyununu idarə etdi
26 noyabr 2014 00:10
Azərbaycanlı hakim Rəhim Həsənov gənclərdən ibarət komandalar arasında keçirilən UEFA Çempionlar Liqasının oyununu idarə edib. Azerisport.az xəbər verir ki, o, "Şaxtyor" (Ukrayna) - "Atletik" (İspaniya) matçında fit çalıb.
Qarşılaşma 6:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Həsənov bu oyunda 4 sarı vərəqə göstərib. 67-ci dəqiqədə, hesab 5:0 olarkən isə qonaqların bir üzvünü meydandan qovub.
Həsənova bu oyunda Yaşar Abbasovla Hahid Əliyev kömək edib.