Eddi İsrafilov oynamadı, komandası uduzdu
25 noyabr 2014 17:55
Futbol üzrə İspaniya La Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası - "Qranada" bu turda doğma meydanda "Almeriya" ilə qarşılaşıb.
Görüş qolsuz heç-heçə ilə başa çatıb. İsrafilov bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Qranada" hazırda 11 xalla 15-ci yerdə qərarlaşıb.