Fortuna Toğrul Eratsız xal itirdi
25 noyabr 2014 16:15
Almaniya ikinci Bundesliqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisi öz meydanında "Qroyter Fyurt" ilə qarşılaşıb. Oyun 3:3 hesabıyla başa çatıb. Erat bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, Eratın komandası hazırda 25 xalla 2-ci yerdə qərarlaşıb.