Aqil Məmmədov: Bakıdan üstün oynadıq
24 noyabr 2014 19:20
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk dəqiqədə qol buraxmağımız bizə pis təsir etdi. Amma ümumilikdə götürsək, “Bakı”dan üstün oynadıq. “Bakı”nın demək olar ki, şansı olmadı. Biz isə yaratdığımız imkanları dəyərləndirə bilmədik. Əgər bərabərlik qolunu bir qədər tez vura bilsəydik, davamı gələcəkdi”.