PFL Simurq - Qarabağ matçının vaxtını dəyişdirdi
24 noyabr 2014 15:55
Topaz Premyer Liqasının 14-cü turunda keçiriləcək “Simurq” – “Qarabağ” oyununun vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, matç noyabrın 29-da deyil, noyabrın 30-da reallaşacaq.
Dəyişikliyə səbəb “Qarabağ”ın noyabrın 27-də Avropa Liqasının qrup mərhələsində səfərdə “Sent Etyen”lə görüşməsidir. (PFL)