Pasulko Azərbaycandan dəvət gözləyir
24 noyabr 2014 15:47
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Viktor Pasulko Azərbaycan və Qazaxıstandan dəvət gözləyir. Azerisport.az xəbər verir ki, beş ay öncə İtaliyanın "Orlandina" klubuna keçən mütəxəssis artıq buradan ayrılıb.
Qazaxıstan mətbuatının məlumatına görə, o, hazırda Almaniyada ailəsinin yanındadı. Axtarışda olan mütəxəssis Qazaxıstan və Azərbaycan klublarından dəvət gözləyir.