Elazığsporun baş məşqçisi Cavid İmamverdiyevi təriflədi
24 noyabr 2014 14:18
Türkiyənin "Elazığspor" klubunun baş məşqçisi Ümit Özat azərbaycanlı yarımmüdafiəçi Cavid İmamverdiyevi tərifləyib. Azerisport.az xəbər verir ki, o, PTT 1-ci Liqanın 10-cu turu çərçivəsində "Altınordu" üzərində qazandıqları qələbədən (2:1) sonra bunları söyləyib.
"Gözəl oyun izlədik. Komandamın üzvlərini təbrik edirəm. Onların bu oyunda ötürmələrlə oynaması xoşuma gəldi. Xüsusilə, qol epizodunu qeyd etmək istərdim. İmamverdiyev özü də qol vura bilərdi, amma topu Onura ötürdü. Eyni sözləri ikinci qol epizodu haqda da demək olar".