Millimiz xorvatlara qalib gəldi
24 noyabr 2014 11:35
Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, NK “Slaven Belupo” klubunun U-18 komandası ilə qarşılaşan yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.
Pilağa Mehdiyevin dubl etdiyi oyunda, yığmamızın digər qolunu Kənan Səfərov vurub. (AFFA)