Məlikov oynamadı, Dənizlispor uduzdu
24 noyabr 2014 00:05
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası "Dənizlispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Antalyaspor"la qarşılaşıb. Oyun dənizlilərin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Baş məşqçi tərəfindən əvəzedici komandaya göndərilən Rail bu görüşdə forma geyməyib.
Qeyd edək ki, "Dənizlispor" hazırda 11 xalla 12-ci sırada qərarlaşıb.