Girəsunspor Ayaz Mehdiyevə yenə ehtiyac duymadı
24 noyabr 2014 00:00
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Adanaspor"la qarşılaşıb. Oyun "Girəsunspor"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ayaz bu görüşdə də forma geyməyib.
Qeyd edək ki, "Girəsunspor" hazırda 9 xalla 14-cü sırada qərarlaşıb.