Emil Balayev: Almaniya klubunda özümü göstərəcəyimə ümidliyəm
23 noyabr 2014 13:29
"Neftçi"nin qapıçısı Emil Balayev Almaniyanın "Ayntraxt" klubunun düşərgəsinə gedəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ayntraxt" rəsmiləri "Neftçi"yə rəsmi təklif göndərib. Mən hələ dəvətin detalları ilə tam tanış deyiləm. Çünki biz hazırda "Xəzər Lənkəran"la görüşə hazırlaşırıq. Bircə onu bilirəm ki, bu oyundan sonra Almaniyaya gedəcəm. Ümid edirəm ki, Almaniya klubunda özümü göstərə biləcəm".