Emil Balayev Ayntraxta baxışa gedir
23 noyabr 2014 13:10
"Neftçi"nin qapıçısı Emil Balayev Almaniyaya gedir. Azerisport.az xəbər verir ki, o, gələn həftə Frankfurta yollanacaq.
Bu səfərdə məqsəd onun yerli "Ayntraxt" klubunda baxışda olmasıdı. Sabah Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı oynayacaq futbolçu ondan sonra səfərə hazırlaşacaq.
"Neftçi" rəhbərliyi Balayevin Almaniyaya konkret hansı tarixlərdə yollanacağını da "Xəzər Lənkəran"la oyundan sonra açıqlayacaq.