Vanderson Skarduelli: Neftçi ilə oyunlarımız həmişə ağır keçir
23 noyabr 2014 12:55
"Xəzər Lənkəran"ın müdafiəçisi Vanderson Skarduelli Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox çətin oyun olacaq. "Neftçi"yə qarşı oyunlarımız həmişə belə olub. Tam olaraq bu görüşə köklənmişik. Bu qarşılaşmada uğur qazanmaq istəyirik. Ən yaxşı oyunumuzu göstərə bilsək, uğurlu nəticəyə ümid edə bilərik".