Qarabağın rəqibində ciddi itkilər
23 noyabr 2014 00:23
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Fransa "Sent-Etyen"i ciddi itkilərlə üzləşib. Azerisport.az xəbər verir ki, sözügedən komanda noyabrın 27-də təmsilçimizlə oyunda Mevlut Erdinç, Sent-Maksimin və Fransua Klerin xidmətindən yararlana bilməyəcək.
Onların hamısı zədəlidi. Son məlumatlara görə, onların bir müddət yaşıl meydandan kənar qalması gözlənilir.