Samir Əliyev Neftçinin baş məşqçisi təyin olunub
23 noyabr 2014 00:14
“Neftçi”nin əvəzedici komandasına yeni baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, bu post bundan əvvəl "ağ-qaralar"ın U-19 komandasını çalışdırmış Samir Əliyevə tapşırılıb.
Samir Əliyev hazırda AFFA-nın təşkil etdiyi “A” kateqoriyalı məşqçilik kurslarında iştirak etdiyindən, əvəzediciləri “Xəzər Lənkəran”la bu gün keçiriləcək oyuna məşqçi Səttar Əliyev çıxaracaq.
Bundan başqa, “Neftçi”nin U-19 komandasının baş məşqçisi vəzifəsinə Azər Bağırov təyin olunub. (klub saytı)