13-cü turun son iki oyunu üçün də təyinatlar məlum oldu
22 noyabr 2014 15:30
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 13-cü turun sabah keçiriləcək 2 oyunu üçün də bütün təyinatlar müəyyənləşib. Azerisport.az sizi həmin təyinatlarla tanış edir.
Əvəzedicilərin çempionatı
13-cü tur
23 noyabr (bazar)
14:00. Xəzər Lənkəran - Neftçi
Hakimlər: Anar Niyazov, Akif Əmirəli, Şakir Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Hafiz Əliyev.
Bakı. “Bayıl Arena”.
14:00. Sumqayıt - Bakı
Hakimlər: Qorxmaz Eldarov, Teymur Teymurov, Elxan Əsgərzadə, Elxan Müslümov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Bakı. “Kapital Bank Arena”.