Fotoreportaj|Video|На русском

Futbol

Tural Axundov: Heç bir çəkilən əziyyət qarşılıqsız qalmır

22 noyabr 2014 12:00

“Simurq” mövsümün sonunda müqaviləsi başa çatacaq olan Tural Axundovla yeni iki illik müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, 26 yaşlı futbolçu bununla bağı fikirlərini klub saytı ilə bölüşüb, komanda və özü haqqında bir neçə sualı cavablandırıb.

- Öncə təbrik edirik. Artıq bir ildən artıqdır komandadasan. Bununla bağlı fikirlərini bilmək istərdik...
- Məşqçilər və klub rəhbərliyi sağ olsun ki, məni bu komandaya dəvət etmişdi. Qeyd etdiyiniz kimi, artıq bir ildən çoxdur “Simurq”dayam. Bu qərarıma görə də heç bir vaxt peşman olmamışam. Öz növbəmdə oyunumla bu qərarlarının düzgün olduğunu göstərmək üçün hər oyunda özümü doğrultduğumu hesab edirəm. Bundan sonra da daha yaxşı olmaq üçün çalışacağam.

- Bu müddəti özün üçün necə dəyərləndirərdin?
- Düzünü deyim, ötən mövsüm elə də davamlı olaraq yaxşı oyun nümayiş etdirə bilmədim. İlk vaxtlarda komandaya və Zaqatalaya uyğunlaşmağa çalışdım. Daha sonra arada zədələrim oldu. Ancaq sonradan məşqçinin və komandanın taktikasına uyğunlaşdım. Bu mövsüm şükürlər olsun ki, oyunumdan razıyam. İnşallah, zədəsiz bir mövsüm olar mənim üçün. Komandamızın uğur qazanması üçün də üzərimə düşən işin öhdəsindən layiqincə gələrəm.

- “Simurq”un hazırda çempionatdakı vəziyyəti haqqında nə deyərdin?
- Geridə qalan 12 turda çox lazımsız xallar itirdik. “Bakı”, “Qəbələ” oyunlarında məğlub olmamalıydıq. “Xəzər Lənkəran”la səfərdə keçirdiyimiz qarşılaşmada rəqibdən yaxşı oynasaq da, bəxtimiz gətirmədi ki, oradan xalla qayıdaq. Bu görüşlərdəki nəticələrimiz mövsümün sonuna qədər bizə mane olacaq. Əgər hər şey istədiyimiz kimi olsa idi, indi turnir cədvəlinin ilk üçlüyündə biz də var idik. Ancaq hələ şanslarımız var. Hazırda dördüncü pillədəyik. İnşallah, qarşıdakı oyunlarda maksimum nəticə göstərib, sonda istəyimizə nail olacağıq. Heç bir çəkilən əziyyət qarşılıqsız qalmır. Hər şey öz əlimizdədir. Allahın köməyi ilə sonda sevinən tərəflərdən biri də biz olacağıq.

- Növbəti rəqib “Qəbələdir”. Bu oyunla bağlı düşüncələrin nədir?
- Hər bir komanda öz meydanında daha güclü oyun nümayiş etdirir. Biz mövsümün əvvəlindən hər qarşılaşmaya yalnız üç xal qazanmaq üçün çıxırıq. “Neftçi” qalibiyyətindən sonra komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bunun davamını gətirmək istəyirik. Bilirik ki, bizi çətin oyun gözləyir. Ancaq bir heç bir rəqibdən çəkinmirik. İnanıram ki, Qəbələdən üç xalla qayıdıb, turnir cədvəlindəki iddiamızı bir daha nümayiş etdirəcəyik.

- “Simurq”un heyətində azarkeşlərin ən çox sevdiyi futbolçulardan biri də sənsən. Bu barədə nə deyərdin?
- Azarkeşsiz futbolun marağı yoxdur. Onlar hazırda ölkədə bir nömrədir. Hər bir qələbəmizdə böyük pay sahibləridir. Yalnız oyunlarda deyil, məşqlərdə belə gəlib bizi dəstəkləyirlər. Buna görə onlara təşəkkür edirəm. Mən də onları çox sevirəm. Hər birinə hörmətlə yanaşıram. Çalışırıq “Simurq” gözəl nəticələr qazansın və meydanda sevinən tərəf bizim azarkeşlərmiz olsunlar.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah