Neftçi Xəzər Lənkəranla matçın favoritidi
22 noyabr 2014 00:45
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz komandaların qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” bu turun mərkəzi oyununda "Neftçi"ni "Xəzər Lənkəran"la qarşılaşmanın favoriti hesab edir. "Qarabağ" AZAL-la, "Sumqayıt" "Bakı" ilə, "Qəbələ" isə "Simurq"la oyunun favoritidi.
Baş tutacaq bütün görüşlərin əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Topaz Premyer Liqası
13-cü tur
Qarabağ - AZAL (1.30 — 4.80 — 5.80)
Sumqayıt - Bakı (1.60 — 3.60 — 4.00)
Xəzər Lənkəran - Neftçi (2.55 — 3.30 — 2.20)
Qəbələ - Simurq (1.40 — 4.00 — 5.30)