İnterin Müşahidə Şurasının iclası keçirildi
21 noyabr 2014 19:30
Məlumat verdiyimiz kimi, noyabr ayının 20-də “İnter”in Müşahidə Şurasının iclası keçirilib. Azerisport.az xəbər verir ki, toplantıda "İnter"in yeni idman direktoru Roland Vroomans Müşahidə Şurasının üzvlərinə təqdim olunub.
Vroomans iş planı barədə məlumat verib. İclasda növbəti 5 il üçün iş planı barədə də fikir mübadiləsi aparılıb.