Samir Musayev: Yığmamız tezliklə yenilənməlidi
21 noyabr 2014 18:00
Futbol üzrə Azərbaycan yığmasının sabiq futbolçusu Samir Musayev bəyan edib ki, əsas komandamızın yenilənməyə ehtiyacı var. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığması tezliklə yenilənməlidi. Hər şeyə sıfırdan başlamaq lazımdı. Norveçlə oyunda futbolçuların əksəri bir-birini başa düşmürdü. Nəyi necə edəcəklərini bilmirdilər. Rəqib qapısına bir dənə də zərbə endirmədilər. Bu, sadəcə, ağlasığmazdı".