Rail Məlikov: Baş məşqçi mənimlə prinsip apardığına görə əvəzedici heyətə göndərib
21 noyabr 2014 15:35
Türkiyənin "Dənizlispor" klubunun azərbaycanlı müdafiəçisi Rail Məlikov əsas komandadan uzaqlaşdırılıb. Azerisport.az saytına açıqlamasında o, bunu belə izah edib:
"Üzrlü səbəbdən komandanın məşqinə gecikmişdim. Bu üzdən də baş məşqçi Özcan Bizati məni əvəzedici komandaya göndərdi. O, onsuz da mənimlə prinsip aparır. Bu hadisə də onun üçün göydəndüşmə oldu. Məni həmçinin 5000 türk lirəsi məbləğində cərimə ediblər. Ötən mövsüm bu mütəxəssis Saşa Yunisoğlu ilə də prinsip aparırdı. Azarkeşlər sağ olsunlar ki, məni dəstəkləyirlər".