Çeran: Neftçinin qapıçısı meydandan qovulmalıydı
21 noyabr 2014 15:25
"Simurq"un hücumçusu Draqan Çeran Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz "Neftçi"yə qarşı çox yaxşı oynadıq. Bütün komponentlərdə rəqibdən yaxşı idik. Çoxlu qol epizodu yaratdıq. Amma onlardan lazımınca yararlana bilmədik. Əsas odu ki, sonda üç xalı qazanan tərəf biz olduq. Penaltiyə gəlincə, birinci epizodda hakim haqlı idi. Həm də "Neftçi"nin qapıçısı sonuncu ümid foluna görə meydandan qovulmalıydı".