Sumqayıt Bakı ilə oyunun hazırlığını davam etdirir
21 noyabr 2014 14:53
Son turda məlum səbəblərə görə istirahət edən "Sumqayıt" növbəti tur üçün hazırlığa start verib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 12-ci turunda doğma arenada "Bakı"nı qəbul edəcək Aqil Məmmədovun komandası hazırlığını davam etdirir.
Bu arada, "Sumqayıt"la yeni müqavilə imzalayan Budaq Nəsirov və Uğur Pamuk artıq kollektivə qoşulub.
Qeyd edək ki, "Sumqayıt" - "Bakı" oyunu noyabrın 24-də, saat 17:00-da "Kapital Bank Arena"da keçiriləcək.