Junior Nildo: İnter Xəzər Lənkəranla oyunda daha yaxşı tərəf idi
"İnter"in hücumçusu Junior Nildonun azerisport.az saytına müsahibəsi
- "Xəzər Lənkəran"la oyun haqda nə deyə bilərsiz?
- Oyun komandamız üçün çox uğurlu alındı. İlk 20 dəqiqədə çox yaxşı çıxış etdik. Rəqibi öz qapısına sıxışdıra, iki qol vura bildik. Bu qollar oyunda həlledici oldu.
- Bu oyun üçün öncədən düşündüyünüz plan belə idi?
- Erkən qol vurmaq istəyirdik. İlk qoldan sonra da hücumlarımızı davam etdirdik. Rəqib də oynamağımıza mane ola bilmədi. Amma "Xəzər Lənkəran" da pis çıxış etmədi. İki qol buraxandan sonra onlar bizə az problem yaratmadılar.
- Amma bu, sizin qələbənizə mane olmadı...
- "İnter" bu gün daha yaxşı idi. Ümumiyyətlə, hesab edirəm ki, komandamız hazırda çempionatın ən güclülərindəndi.
- Komandanız dörd oyun idi rəqib qapılarına yol tapa bilmirdi. Amam bu gün üç qol vurduz. Nə dəyişdi ki?
- Bəli, kütləvi bəxtsizlik başa çatdı. Çox istərdim ki, növbəti oyunlarda da qollar vurmağa davam edək.
- Keçmiş komandanızla oyun sizə hansı emosiyalar bəxş etdi? Nəzərə alaq ki, "Xəzər Lənkəran"a qol da vurduz....
- Düzünü desəm, xüsusi bir hiss yox idi. Sadəcə, öz komandama kömək etmək istəyirdim. Şadam ki, ilk qolu mən vurdum. "Xəzər Lənkəran"a gəlincə, mənim onlarla heç bir əlaqəm qalmayıb.