Millimiz Xorvatiyadan qisasını aldı
21 noyabr 2014 11:40
Noyabrın 14-dən Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, xorvatiyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb.
U-16-nın heyətində Fərid Nəbiyev dubl edib. (AFFA)