Rahid Əmirquliyev: Tək baş məşqçi yox, bütün komanda günahkardı
21 noyabr 2014 01:00
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqasının 12-ci turunda "İnter"ə məğlubiyyəti, eləcə də rəqib komandanın baş məşqçisi Kaxaber Sxadadzenin onlara qarşı qeyri-etik hərəkətini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir halda ki, uduzmuşuq, bunda bütün komandanın günahı var, təkcə baş məşqçinin yox. Bu, futboldu. Kimsə udur, kimsə uduzur. Ancaq bir şeyi deyə bilərəm ki, biz heç vaxt "İnter"ə qarşı təhqiredici hərəkət etməmişik, etmərik də".