Qarabağın rəqibi Olimpiki 4 qolla yendi
20 noyabr 2014 18:15
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın "Dnepr" klubu ötən gün yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda aşağı liqa təmsilçisi "Olimpik"lə üz-üzə gəlib.
Görüş Dnepropetrovsk təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Dnepr" 11 turdan sonra Ukrayna Premyer Liqasında 2-ci pillədə qərarlaşıb.