Yığmamızın üzvü Moskva Spartakının maraq dairəsində
19 noyabr 2014 15:25
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri karyeralarını ölkə xaricində davam etdirə bilərlər. Azerisport.az xəbər verir ki, onlardan biri - Emin Zamanov Moskva "Spartak"ının maraq dairəsinə düşüb.
Artıq bu klubun menecerləri futbolçumuzla bağlı "Spartak"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vladimir Besçastnıxa məlumat veriblər.