Araz Slovakiya klubuna məğlub oldu
Futzal üzrə Azərbaycan çempionu “Araz” bu gün UEFA kubokunun elit mərhələsində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, təmsilçimiz Bakı vaxtı ilə saat 18:30-da Çexiyanın Pardubice şəhərindəki "CEZ Arena"da Slovakiyanın “Slov-Matik” klubu ilə qarşılaşıb.
Dramatik məcrada keçən qarşılaşmanın qalibi Slovakiya çempionu olub.
Qrupun digər oyununda isə yerli "Xrudim" Rusiya "Dina"sı ilə qarşılaşıb. Ruslar 3:0 hesablı qələbəyə seviniblər.
UEFA Kubokunun elit mərhələsi
18 noyabr
Araz - Slov-Matik 3:4 (0:1)
Qollar: Seydler, 12 (0:1). Fineo, 22 (1:1). Fərzəliyev, 23 (2:1). Draxovski, 35 (2:2). Brunovski, 37 (2:3). Brunovski, 39 (2:4), Eduardo, 40 (3:4).
"Araz" UEFA Kubokuna bu heyətlə yollanıb: Fernando Amadeu, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Fineo de Araujo, Rəcəb Fərəczadə, Rizvan Fərzəliyev, Covanni Buranello, Alexander Manoel, Sezar Avqusto, Eduardo Mello Borqes, Leonardo Oliveyra, Elnur Zamanov.