Emil Balayev: Romanın maraq dairəsində olmaq xoş olardı
18 noyabr 2014 13:05
Futbol üzrə Azərbaycan yığmasının və "Neftçi"nin qapıçısı Emil Balayev İtaliyanın "Roma" klubunun onunla maraqlanmasına dair fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, "Roma"nın mənimlə maraqlandığına dair xəbərləri mən də mətbuatdan oxumuşam. Şəxsən mənim özümlə bu barədə heç kim söhbət etməyib. Əgər bu, doğrudusa, ancaq sevinə bilərəm. İtaliya nəhənginin maraq dairəsinə düşmək xoş olardı".