Mahir Şükürov: Mahmud Qurbanov sağ olsun ki...
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsi
- Norveçlə oyun haqda nə deyə bilərsiz?
- Maraqlı oyun alındı. Meydana qələbə üçün çıxmışdıq. 3 xal qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. İstənilən halda normal oynadığımızı düşünürəm. Rəqibin cəmi bir qol epizodu olduq, ondan da maksimum yararlandı. Komanda üzvləri məyusdu. Azarkeşlər sağ olsunlar ki, 90 dəqiqə bizi dəstəklədilər.
- Sizcə, niyə istəyinizə çata bilmədiz?
- Bizim zəif cəhətimiz standart vəziyyətlərdən qol buraxmaqdı. Bu tsikldə də əksər qollarımız məhz standart vəziyyərlər zamanı buraxılıb. Ona görə də bunun üzərində daha çox çalışmağımız lazımdı.
- İndiki komandanı Berti Foqtsun dövründəki ilə müqayisə edə bilərsiz?
- Bu oyunda komandamız daha yaxşı təsir bağışladı. Çünki bütün oyunçular yerli idi. Mən həmişə bunun tərəfdarı olmuşam. Mahmud Qurbanova minnətdaram ki, Norveçlə oyuna məhz azərbaycanlıları buraxmışdı.
- Mahmud Qurbanov oyunçulara hansı iradları bildirdi?
- Nə vaxt?
- Oyundan sonra...
- Heç bir irad bildirmədi. O, öz təşəkkürünü bildirdi və dedi ki, yaxşı oynadıq. Məşqçi özü də bizim zəif cəhətlərimizi yaxşı bilir. Buna baxmayaraq, o, bizim oyunumuzdan razı qalmışdı.
- Qarşıdakı oyunlarda hansı şansımızın olduğunu düşünürsüz?
- Öz əskiklərimizi aradan qaldırıb, yaxşı nəticə qazanmağa çalışmalıyıq.