Skuliç: Prosineçki Azərbaycan yığması üçün əla seçim olardı
1 noyabr 2014 14:00
"Bakı"nın sabiq yarımmüdafiəçisi Ernad Skuliç xorvatiyalı mütəxəssis Robert Prosineçkinin Azərbaycan millisini çalışdıracağı barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə elə gəlir ki, Prosineçki Azərbaycan yığması üçün yaxşı seçim olardı. O, Azərbaycan yığmasının səviyyəsini qaldıracaq. Əlbəttə, ona vaxt lazımdı. Bir ilə heç nə edə bilməz".