Şpiçiç: AFFA yığmanı Robert Prosineçkiyə tapşırsa, itirməz
31 oktyabr 2014 17:10
"İnter"in yarımmüdafiəçisi Matiya Şpiçiç xorvatiyalı mütəxəssis Robert Prosineçkinin Azərbaycan millisinin sükanı arxasına keçəcəyi barədə məlumatlara münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Prosineçki Azərbaycan yığmasını çalışdıra bilər. O, Xorvatiyada çox məşhurdu. AFFA yığmanı ona tapşırsa, itirməz. Amma təbii ki, ona vaxt lazım olacaq. Prosineçki işləməyi sevir və ideal namizəddi".